Xərçəng hüceyrələrini məhv edən preparat hazırlandı
"Novel Concepts Medical" şirkəti İsraildəki laboratoriyasında döş və ağciyər xərçəngi hüceyrələrinin həyat qabiliyyətinin 99% -dən çox azalmasına gətirib çıxaran bitki tərkibli preparat hazırlayıb.
meqale.com lente istinadən xəbər verir ki, xərçəng müayinələrindən hər biri üç dəfə İsrailin aparıcı laboratoriyalarından birində aparılıb və müayinələrin nəticələri belə olub:
Döş xərçəngi MCF-7, 48 saatlıq inkubasiyadan sonra: hüceyrə canlılığında 99,68% azalma,
Ağciyər xərçəngi A549, 48 saatlıq inkubasiyadan sonra: hüceyrə canlılığında 99,65% azalma.
"Novel Concepts Medical" şirkətinin qurucusu Reyçel Alkalay bildirib ki, şirkət preparatı dünyada hər kəsə əlçatan etmək üçün qlobal miqyasda əməkdaşlıq etməyi nəzərdən keçirəcək.