Xidmət haqqı alan taksi şirkətindən AÇIQLAMA - YENİLƏNİB - FOTO

14:05 Azərbaycanda "Uber" taksi şirkətində gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilməsi müzakirələrə səbəb olub.

Xidmət haqqı alan taksi şirkətindən AÇIQLAMA - YENİLƏNİB - FOTO
14:05 Azərbaycanda "Uber" taksi şirkətində gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilməsi müzakirələrə səbəb olub.

meqale.com xəbər verir ki, oxu.az bununla bağlı şirkətə rəsmi sorğu ünvanlayıb. "Uber"in Mətbuat Xidmətindən cavab olaraq bildirilib ki, sözügedən xidmət haqqı sürücünün gəlirinə heç bir təsir göstərmir.

"Bu həftədən etibarən "Uber" proqramında sifariş edilən səfərin qiymətinə 0,1 manat xidmət haqqı daxildir. Bu, ödənişi xidmətin fəaliyyəti və inkişafı üçün istifadə edəcəyik. Xidmət haqqı sərnişin və xidmət arasında qarşılıqlı ödəniş olduğu üçün sürücünün gəlirinə təsir göstərmir. Nəzərinizə çatdırmaq istəyirik ki, bazarda bu xidmət haqqı artıq standartdır", - deyə məlumatda qeyd olunur.

"Servis haqqı deyəndə nə nəzərdə tutulur və niyə məhz 10 qəpik?", "Bu məbləğ hansı meyara əsasən müəyyən olunub?" suallarına isə şirkət cavab vermək istəməyib.

------ 09:41 Azərbaycanda taksi qiymətləri bahalaşdı.

meqale.com Trend-ə istinadən xəbər verir ki, sözügedən artım taksi xidməti ilə məşğul olan şirkətlərdən biri "UBER"-də qeydə alınıb.

Belə ki, artıq xidmət istifadəçilərindən gediş haqqından əlavə xidmət haqqı alınır.