Yamala göstəriş verildi - daha bunu etməyəcək
Barcelonanın gənc ulduzu Lamin Yamal, yeni ticari razılaşma səbəbilə artıq azarkeşlərə forma imzalamayacaq. O, yalnız foto çəkdirməyə davam edəcək.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, cəmi 17 yaşında olmasına baxmayaraq dünya brendlərinin diqqət mərkəzində olan Yamal, məşhur idmançılara məxsus imzalı məhsullar satan bir internet saytı ilə razılıq mərhələsindədir.
Bu səbəbdən, ulduz futbolçunun menecerlik şirkəti ona təhlükəsizlik və ticari səbəblərlə azarkeşlərə birbaşa imza atmama göstərişi verib.
İmza istəyənlər yalnız xüsusi veb-sayt vasitəsilə pullu şəkildə əldə edə biləcək.
Barcelona klubunun da məhdud sayda rəsmi imzalı məhsul satışı üçün bu şirkətlə danışıqlar apardığı bildirilir.