Yeni "iPhone" barədə gizli saxlanılanlar
Nüfuzlu insayder "billbil-kun" "Apple"dan yeni büdcəli smartfon modeli "iPhone" SE 4-ün görünüşü haqqında məlumat paylaşıb.
meqale.com oxuya istinadən xəbər verir ki, cihazın bu ilin aprelində buraxılması planlaşdırıldığı iddia edilir.
Məlumata görə, "iPhone" SE 4 ekranı "iPhone" 14, 13 və 13 Pro modelləri ilə eyni ölçüdə - hündürlüyü 14,67 sm və eni 7,15 sm olacaq.
Ümumilikdə, yeni cihazın dizaynı əvvəlki "Apple" smartfon modellərinə bənzəyəcək.