Yeni tikdirdiyi hovuzun altında qalıb öldü

Sabirabadda 65 yaşlı qadın yeni tikilmiş hovuzun uçması nəticəsində ölüb.

Yeni tikdirdiyi hovuzun altında qalıb öldü
Sabirabadda 65 yaşlı qadın yeni tikilmiş hovuzun uçması nəticəsində ölüb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Qurban Namazəliyev küçəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Hüseynova Xuraman Fazil qızı yaşadığı evin həyətində tikintisi hadisədən iki gün öncə başa çatdırılmış içərisi su ilə dolu hovuzun uçması nəticəsində qalıqlar altında qalaraq ölüb.

Fakt araşdırılır.