"YouTube"dan ən çox qazanan Şəbnəmdir
Müğənni Şəbnəm Tovuzlu "Qonaqcanlı" verilişində "YouTube"dan əldə etdiyi gəlirdən danışıb.
meqale.com xəbər verir ki, sənətçi aylıq qazancının digər azərbaycanlı ifaçılardan daha yüksək olduğunu bildirib:
"YouTube"dan gəlirim məni tamamilə qane edir. Azərbaycandakı müğənnilər arasında ən çox qazanan mənəm. Rəqəmi açıqlamayacağam, amma gəlirimi telefonumdakı tətbiqdən rahatlıqla izləyə bilirəm".