Zabratda avtomobil piyadanı vuraraq öldürdü
Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə Zabrat qəsəbəsi istiqamətində qeydə alınıb.
"Tofaş Şahin" markalı avtomobil yolu keçən piyada Fətəliyev Kamil Rəşid oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.