Zelenskinin bu qərarı dünya müharibəsini başladacaq

Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın ukraynalıların məskunlaşdığı ərazilərlə bağlı fərmanı dünyanı III Dünya müharibəsinə doğru aparır.

Zelenskinin bu qərarı dünya müharibəsini başladacaq
Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın ukraynalıların məskunlaşdığı ərazilərlə bağlı fərmanı dünyanı III Dünya müharibəsinə doğru aparır.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu rusiyalı deputat Oleq Morozov bildirib.

"Bu, həm tarixə, həm də siyasi praktikaya nasist yanaşmanın bir nümunəsidir. Alman nasistləri də "tarixi faktorları" əsas gətirərək bir çox Avropa ölkəsinin bütün hissələrini alman elan etdilər. Və sonra İkinci Dünya müharibəsi başladı. Zelenski eyni üsullarla dünyanı Üçüncü Dünya müharibəsinə sövq edir. Amma əslində hər şey tam əksinədir. Ukraynanın qərb bölgələri istisna olmaqla, qalan hər şey tarixi və mənəvi cəhətdən rusdur. Bu, tarixi Rusiyadır. Və belə də olacaq! Siz tarixi aldada bilməzsiniz", - deputat vurğulayıb.