33 yaşlı qadın dəm qazından zəhərləndi

Ağstafada zəhərlənmə faktı qeydə alnıb.

33 yaşlı qadın dəm qazından zəhərləndi
Ağstafada zəhərlənmə faktı qeydə alnıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Zəlimxan kəndində baş verib.

1991-ci il təvəllüdlü Əsli Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 33 yaşlı qadın yaşadığı evdə dəm qazında zəhərlənib.