4 yaşlı uşaq belə xilas edildi - VİDEO
Yasamal rayonunun Həsənbəy Zərdabi küçəsində 4 yaşlı uşaq evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
meqale.com bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə ondoqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun