7 milyonluq villası kül oldu - FOTOlar
Model və aktrisa Kara Delevinin başına iş gəlib.
meqale.com axşam.az-a istinadən bildirir ki, cümə günü, martın 15-nə keçən gecə onun Los-Ancelesdəki Hollivud Hillsdəki 7 milyon dollarlıq malikanəsi yanıb.
Yanğın evin köməkçi otaqlarından birində başlayıb. Daha sonra yanğın çardağa keçərək damın bir hissəsinin dağılmasına səbəb olub. Kəskin alov yalnız iki saatdan sonra söndürülüb. Əməliyyata 94 təcili xidmət əməkdaşı cəlb olunub. Hətta yanğınsöndürənlərdən biri pilləkənlərdən yıxılaraq xəsarət alıb, yanğın zamanı malikanədə olan digər şəxs dəm qazından zəhərlənib.