Aİ bu gün Azərbaycan və Ermənistanı müzakirə edəcək
Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı diplomatik mənbələrə istinadən xəbər yayıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell mövzu ilə bağlı təqdimatla çıxış edəcək.