Aybəniz Haşımova və tələbələri tamaşaçılara musiqi sovqatlarını hədiyyə ediblər - FOTO

Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına XÇA orkestri Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Prezident mükafatçısı Mustafa Aşurovdur. Novruz soraqlı, bahar ətirli proqramda Əməkdar artist Aybəniz Haşımova və tələbələri tamaşaçılara musiqi sovqatlarını hədiyyə ediblər. Görkəmli bəstəkar Vasif Adıgözəlovun "Bayram süitası" ilə başlanan konsert Azərbaycan bəstəkarlarının bahar, vətən və sevgi ruhlu mahnıları ilə davam edib. Anşlaqla keçən musiqi axşamı tamaşaçılara əsl bayram ovqatı bəxş edib.