Azad olunan ərazilərdəki seçki məntəqələrinə veb-kameralar quraşdırılacaq - MSK sədri
Beynəlxalq qurumların seçkilərə hazırlıqla bağlı iradı olmayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, xarici müşahidəçilər hazırda yerlərdədir: "Xarici müşahidəçilər də qısa zamanda azad edilmiş ərazilərdə görülən işləri yüksək qiymətləndirir".
Məzahir Pənahov hələlik işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrində veb-kameraların quraşdırılmadığını diqqətə çatdırıb və əlavə edib ki, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub.
Məzahir Pənahov azad edilmiş ərazilərdə 42 mindən çox seçicinin səs verəcəyini də xatırladıb.