Azərbaycan Konstitusiyasını dəyişməlidir - Simonyan
Azərbaycan Konstitusiyasına düzəlişlər edilməli və bu, Ermənistanla güzgü prinsipi əsasında olmalıdır.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Növbəti dəfə Ermənistan rəsmilərindən yeni Konstitusiyaya ehtiyacın nə dərəcədə Bakının tələbi ilə bağlı olduğunu soruşmaq istəyəndə bilin ki, danışıq aparan erməni rəsmilər də Azərbaycan Konstitusiyasına dəyişikliklərin zəruriliyini gündəmə gətirirlər. Azərbaycan Konstitusiyasında da güzgü effekti ilə dəyişdirilməli olan müddəalar var", - Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi hər hansı danışıqları güzgü effektində aparır: