Azərbaycan millisinin qazancı bəlli oldu

Azərbaycan millisinin Monqolustanla qarşılaşmadakı qazancı bəlli olub.

Azərbaycan millisinin qazancı bəlli oldu
Azərbaycan millisinin Monqolustanla qarşılaşmadakı qazancı bəlli olub.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Arif Əsədovun yetirmələri 1:0 hesablı qələbə ilə FİFA reytinqinə 2,5 xal əlavə edib.

Azərbaycan millisi açıqlanan son cədvəldə 1174,22 xalla 113-cü pillədə yer alıb. "FİFA Series"dəki ilk qələbə ilə bu rəqəm 1176,72-yə yüksəlib.

Yığmamız Bolqarıstanla matçda aktivini daha da zənginləşdirə bilər. Həmin oyunda qələbə 6,1, heç-heçə 1,1 xal gətirəcək.