Azərbaycanın bu rayonları işıqsız qaldı
Qeyri-sabit hava şəraiti Zaqatala və Qax rayonlarını işıqsız qoyub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, hadisəyə axşam saatlarından başlayaraq davam edən yağışlı və küləkli hava səbəb olub.
Güclü külək nəticəsində iri gövdəli ağaclar Zaqatala rayonu ərazisində 110 kilovoltluq birinci və ikinci xətlərin üzərinə aşıb. Nəticədə Zaqatala və Qax rayonlarında tam olaraq elektrik enerjisinin verilişi dayandırılıb.