Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
Dünya şöhrətli azərbaycanlı professor Məsud Aşina miqren xəstəliyinin dərmanını tapıb. O, bu nəticəni bir qrup alimlə birlikdə əldə edib.
meqale.com musavat.com-a istinadən bildirir ki, bu barədə Avropa mediasında yayılan məlumatda bildirilir ki, hipofiz adenilat siklazı aktivləşdirən polipeptidin (PACAP) hədəflənməsi miqrenin müalicəsi üçün yeni bir yoldur.
Məsud Aşina 29 dekabr 1965-ci ildə Bakıda doğulub. Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur.
Məsud Aşina dünyanın ən yaxşı on miqren mütəxəssisindən biri hesab olunur.