Azərbaycanlı sabiq deputat vəfat etdi - FOTO
Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, əslən azərbaycanlı Yücel Artantaş uzun sürən xəstəlikdən sonra Ankara şəhərində vəfat edib.
meqale.com xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Yücel Artantaş 1952-ci ildə İğdırda anadan olub. Ankara Qazi Universitetində təhsil alıb. Əmək fəaliyyətinə həmkarlar ittifaqında başlayan Yücel Artantaş Ankara Böyükşəhər Bələdiyyəsində və digər təşkilatlarda mühüm vəzifələrdə çalışıb. Həmvətənlərimizin təşkilatlanmasında, Azərbaycan icmasına məxsus ictimai təsisatların formalaşmasında, onların Türkiyə cəmiyyətinə inteqrasiya olunmasında yaxından iştirak edib.
O, 2002-ci ildə 22-ci çağırış (2002-2007) Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini olub.