“Azercell” abunəçilərinə bəd xəbər: bu kampaniya və xidmətlər ləğv edilir
İyulun 30-dan etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Tiktok internet paketi" və "Günlük Bölgə" kampaniyaları ləğv ediləcək.
meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azercell Telekom" müvafiq qərar qəbul edib.
Həmin kampaniyalara qoşulmuş abunəçilər müvafiq kampaniya çərçivəsində təqdim edilən paketlərdən istifadə müddəti bitənədək istifadəyə davam edə biləcəklər.
Eyni zamanda, iyulun 30-dan etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Duet Kart", "Əkiz Kart" və "Video Zəng" xidmətləri ləğv ediləcək.