“BAHARIN RƏNGLƏRİ“ Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirinin yekun sərgisi açılacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının   dəstəyi , Azərbaycan Dövlət  Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı  ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq həmçinin bədii zövqün inkişafına xidmət məqsədi ilə  elan  olunmuş "BAHARIN RƏNGLƏRİ"   Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirində 700-dən bir qədər çox 10-21 yaş arası uşaq,yeniyetmə və gənc 15 nəfərlik  qruplarla Xətai Sənət Mərkəzində plenerlərdə iştirak etdilər. İştirakçılar akvarel boyaları ilə BAHAR mövzusunda rəsm əsəri ərsəyə gətirdilər və bu əsərlər arasından ən yaxşıları sərgilənmək üçün seçildi.