Bakı Piano Festivalı çərçivəsində Adrian Brondeisin konserti baş tutub –FOTO

Adrien Brondeis - Fransız caz pianoçusu və bəstəkarı. LetterOne RISING STARS Jazz Award 2018, Jazz à Juan 2017, Antibesс, Jazz à Porquerolles 2017 müsabiqələrinin qalibi Adrien Brandeis, Annesidə doğulmuş fransız caz pianoçusu və bəstəkarıdır.

2017-ci ildə o, Asiyada çıxış etdikdən sonra (Nepalda Cazmandu Festivalı, Hindistanda Kolkata Beynəlxalq Caz Festivalı) sonra böyük tanınma və beynəlxalq uğur qazanan kvintet Euforia-da ilk albomunun prodüseri və buraxılışını etdi. Nitsa konservatoriyasında təhsil aldıqdan sonra 2018-ci ildə Manuel Rocheman ilə təhsil almaq üçün Parisə köçüb və Parisdəki CRR konservatoriyasını bitirib.

2022-ci ilin noyabrında UNAC-ın (Fransa Müəlliflər və Bəstəkarlar Milli İttifaqı) baş mükafatını aldı.

Bakı Piano Festivalı təkcə virtuoz pianoçuların sehri deyil, həm də festivalın özüdür. Burada hər bir tamaşaçı öz sevimlisini tapa bilər: klassik musiqidən tutmuş Braziliya sambasına və flamenkoya qədər istənilən musiqisevər üçün əla seçimdir. Festival iyunun 29-u daxil olmaqla davam edəcək.

Festivalın şüarı: May piano inspire you!

Haştaqlar: #bakupianofest #bakupianofestival

Festivalın veb saytı: https://bakupianofestival.com/

Biletlər: https://iticket.az/ru/events/3rd-baku-international-piano-festival