Bakıda avtobus qəzaya uğradı, yaralanan var

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda avtobus qəzaya uğradı,  yaralanan var
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, 104 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu digər bir avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1988-ci il təvəllüdlü Əsgərova Şəbnəm xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.