Ötən il əlillik təyin olunan şəxslərin sayı AÇIQLANDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ildə 50,7 min şəxsə əlillik təyin olunub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı çıxışında deyib.
Əlilliyin qiymətləndirilməsi sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun islahatların 2023-cü ildə də davam etdirildiyi vurğulanıb.