Bakıda əlil avtomobili qaçırıldı
Bakıda avtomobil qaçırılıb.
meqale.com lente istinadən bildirir ki, fevralın 15-nə keçən gecə Nizami rayonu ərazisindən "Oka" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Hüseyncan Məlikli və Fərid Qədirov rayon ərazisində avtomobillə saxlanılıblar.
Araşdırma aparılır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun