Bakıda oteldə yanğın olub, 25 nəfər təxliyə edilib - YENİLƏNİB

16:51

Bakıda oteldə yanğın olub, 25 nəfər təxliyə edilib - YENİLƏNİB
16:51

Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hər mərtəbəsi 750 m² olan dördmərtəbəli otel binasının ikinci mərtəbəsində sahəsi 9 m² olan saunanın yanar konstruksiyaları yanıb.

FHN-dən Mİlli.Az-a verilən xəbərə görə, yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından muhafizə olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

----------- 14:40

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.

Bu barədə meqale.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunun Qəsr küçəsində qeydə alınan yanğını FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa müddətdə söndürüblər

------- 14:38 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hoteldə yanğın başlayıb.

meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.