Bakıda qadın restorandan 13 min oğurladı

Bakıda restorandan 13 min manata yaxın pul oğurlanıb.

Bakıda qadın restorandan 13 min oğurladı
Bakıda restorandan 13 min manata yaxın pul oğurlanıb.

Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub:

"Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb".