Bakıdan Milana uçan təyyarə ehtiyat hava limanına enməli oldu

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin AHY-035 nömrəli Bakı-Milan reysini həyata keçirən hava gəmisinin kapitanı hava şəraiti (qatı duman) ilə əlaqədar olaraq ehtiyat hava limanına enməyə qərar verib.

"meqale.com" xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

"Airbus A320" təyyarəsi yerli vaxtla saat 13:10-da Milan-Linate Beynəlxalq Hava Limanına eniş edib.

"Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - məlumatda deyilir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun