Başına torba keçirilən ABŞ hərbçisidir? - Rəsmi açıqlama
Xəbər verdiyimiz kimi, Türkiyə Gənclər Birliyinin (TGB) üzvləri İzmirdə amerikalı hərbçinin başına torba keçiriblər və bu olay videolentə alınıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı İzmir Valiliyi məlumat yayıb.
Bildirilib ki, Konak ilçəsinin Kipr Şəhidləri küçəsində TGB üzvü olan 13 kişi və 2 qadın mülki geyimdə olan iki amerikalı hərbçiyə zor tətbiq edərək hücum ediblər.
Həmçinin mülki geyimdə olan digər 5 amerikalı hərbçi də davada iştirak edib. Polis əməkdaşları dərhal olaya müdaxilə edib.
Hadisədə iştirak edən 15 şübhəli yaxalanıb və müvəqqəti saxlanma mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.