Baydenin çıxışı 8 dəfə kəsildi

ABŞ prezidenti Co Baydenin Virciniya ştatında abortla bağlı çıxışı tamaşaçıların qışqırıqlarına görə 8 dəfə kəsilib.

Baydenin çıxışı 8 dəfə kəsildi
ABŞ prezidenti Co Baydenin Virciniya ştatında abortla bağlı çıxışı tamaşaçıların qışqırıqlarına görə 8 dəfə kəsilib.

meqale.com report-a istinadən xəbər verir ki, Bayden danışmağa başlayandan dərhal sonra tamaşaçılardan ilk etiraz səsi eşidilib.

Bundan sonra qışqırıqlar müntəzəm olaraq davam edib. Belə ki, Fələstin tərəfdarları Baydenin sözünü kəsməyə çalışıblar.

Lakin tədbirə toplaşan dövlət başçısının davamlı olaraq "Dörd il!" şüarları səsləndirən tərəfdarları Fələstin tərəfdarlarının səsini üstələyib.