"Bayer"in çalışdırıcısı "Bavariya" ilə danışıqlar aparır?

"Bayer Leverkuzen" komandasının baş məşqçisi Xabi Alonsonun "Bavariya" ilə danışıqlar apardığı barədə məlumat yayılıb.

"Bayer Leverkuzen" komandasının baş məşqçisi Xabi Alonsonun "Bavariya" ilə danışıqlar apardığı barədə məlumat yayılıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Almaniya mətbuatı yazıb.

Leverkuzen təmsilçisinin mətbuat xidməti isə yayılan məlumatları təkzib edib:

"Alonso "Liverpul"la danışıqlar apararkən klub rəhbərlərini məlumatlandırsa da, bu dəfə heç bir əlaqə barədə məlumat verilməyib".

Qeyd edək ki, "Bayer" "Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibidir.