Beynəlxalq Muğam Mərkəzində “Məhəbbət çırağı” adlı konsert proqramı təqdim olunub – FOTO

Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adına Xorun (Bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət proqram sevgi və məhəbbət əhvalı ötürməklə tamaşaçılara xoş ovqat bəxş edib.

Xor-estrada və cazı özündə cəm edən konsertdə retro və sevilən mahnıların xor üçün yeni işləmələri maraqla qarşılanıb. Pianoçu, Əməkdar artist Eldar Məmmədovun rəhbərliyi ilə peşəkarlardan ibarət musiqi qrupunun müşayiəti ilə baş tutan musiqi axşamının sonunda Əməkdar incəsənət xadimi, professor, musiqişünas Zümrüd Dadaşzadə çıxış edərək təəssüratlarını bölüşüb. Musiqişünas qeyd edib ki, baş tutan bu gecə həmişə olduğu kimi öz rəngarəng musiqi çələngi ilə heç kimi biganə qoymadı.

BMM C.Cahangirov adına Xor repertuarı genişləndirir, yeni musiqi tapıntı və həlləri ilə auditoriyanı sevindirir. Xorda musiqi duyumu, gözəl səsi olan gənclərin çıxışları auditoriyaya pozitiv hisslər ötürür. Musiqiçünas maraqı çıxışa və xoş atmosferə görə BMM və Xorun kollektivinə təşəkkür edib.