Çin-Qırğızıstan sərhədində yenə güclü zəlzələ oldu
Çin-Qırğızıstan sərhədində 5,2 bal gücündə zəlzələ baş verib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Seysmologiya İnstitutu məlumat yayıb.
Bildirilib ki, episentr Çində, yanvarın 23-də 7 bal gücündə olan zəlzələnin baş verdiyi ərazinin yaxınlığında yerləşib.
Coğrafi yaxınlığa görə yer qabığındakı dalğalanmalar Qırğızıstan ərazisində də hiss olunub.
Qırğızıstanda episentrə yaxın İştık və Bedel yaşayış məntəqələrində yeraltı təkanların intensivliyi 3,5-3 bal arasında dəyişib.