Ərtoğrul Sağlam Ramil Şeydayevdən danışdı
"Kocaelispor"un baş məşqçisi Ərtoğrul Sağlam komandasının azərbaycanlı hücumçusu Ramil Şeydayevdən danışıb.
meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, açıqlama verən türkiyəli məşqçi yığmamızın forvardı haqda bunları deyib:
"Bu həftə Ramil Şeydayevi yavaş-yavaş oynatmağa başlamışıq. Ona imkan yaradırıq. Növbəti matçlarda da oynayacaq. Super Liqaya çıxmaq uğrunda mübarizəni davam etdirəcəyik".
Şeydayevin "Kocaelispor"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun