Fernandu Santuşdan ilk 2 oyunda MƏĞLUBİYYƏT
Təxminən, bir ay sonra 70 yaşını qeyd edəcək Fernandu Santuş karyerasında ən uğursuz nəticəyə imza atıb. Belə ki, portuqaliyalı mütəxəssis Azərbaycan millisindəki işinə 2 məğlubiyyətlə başlayıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, məşqçilik karyerasına 1987-ci ildə start verən Fernandu Santuş daha əvvəl Yunanıstan, Portuqaliya və Polşa millilərini çalışdırıb. Amma onun həmin komandalarda ilk iki oyunu belə uğursuz olmayıb.
O, 2010-cu ildə Yunanıstan yığmasındakı işinə qələbə və heç-heçə, 2014-cü ildə Portuqaliya və 2023-cü ildə Polşa komandalarındakı fəaliyyətinə isə məğlubiyyət və qələbə ilə başlayıb. Bu komandalarda nəinki startda, ümumiyyətlə, karyerası ərzində ardıcıl iki məğlubiyyətin nə olduğunu bilməyib.