“Fərqli bir axşam” silsiləsindən Kamera musiqisi axşamı keçirilib - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Fərqli bir axşam" silsiləsindən Kamera musiqisi axşamı keçirilib.

Öncəliklə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbər və baş dirijoru Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov dinləyicilər qarşısında çıxış edərək onları konsertlə bağlı məlumatlandırıb.

Musiqili gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiçilərindən ibarət  ansambllar dinləyicilər qarşısında çıxış edib.