Filarmoniyada Dövlət Kamera Orkestrinin konserti keçirilib - FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.
Dirijor Üzeyir Məmmədovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri dinləyicilər qarşısında çıxış edib.
Proqramda J.Haydn 73 saylı simfoniya "Ov" D-dur, W.A.Mozart 40 saylı simfoniya g-moll, L.v.Beethoven 1 saylı simfoniya C-dur (op.21) səslənib.