Filarmoniyanın fevral ayında keçirilən abonement konsertləri - FOTO

2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər fevral ayında da davam edib.

Filarmoniyanın fevral ayında keçirilən abonement konsertləri - FOTO
2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər fevral ayında da davam edib.

Abonement konsertlər 2023-cü ilin noyabr ayından hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil olunub.

3 fevral tarixində gənc istedadların iştirakı ilə konsert təşkil olunub.  Solistlər Respublika və beynəlxalq müsabiqələr laureatları Ayxan Quluzadə, Abid Çələbiyev, Zəhra Sadıxova, Nurgün Abdulova, Aişə Əlizadə, Fatimə Hüseynzadə, Tomris Eyvazlı, Mehin Zalıyeva, Yasəmən Umudova, Ayşən Umudova, Fərəh Əliyeva, Vəli Vəliyev, İbrahim Abbasov, Nuray Quliyeva, Məryəm Rəhimli, Mələk Mustafazade, Miray Pirməmmədova, Kamran Rəhimli, Zəhra Məmmədova və "Şəms Qəmər" Kamera Xoru (bədii rəhbər Leyla Zalıyeva) öz ifalarını dinləyicilərə təqdim ediblər. Proqramda Azərbaycan, Rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

Fevralın 10-da Azərbaycan Dövlət Simli Kvartetinin Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konserti keçirilib. Eyni zamanda Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədova dinləyicilər qarşısında çıxış edib.

17 fevral tarixində Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) Azərbaycan bəstəkarlarından ibarət konserti keçirilib. Solistlər Azərbaycan Respublikasının Əməkdar artistləri Anton Ferştandt və Tural Ağasıyev, Talıb İsgəndərli, Rəşad İbrahimov, Emin Məmmədov, İsmayıl Əsədli, Adil Baxışlı, Emin Qəmərlinskiy, Leyla Muradzadə öz ifalarını dinləyicilərə təqdim ediblər.

Fevral ayının 24-də Azərbaycan Dövlət Fortepiano Triosunun Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konserti keçirilib. 

Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.