İranda beynəlxalq aeroport uçuşları 5 saatlıq dayandıracaq

İyunun 3-də İranın Tehran şəhərində yerləşən Beynəlxalq Mehrabad Aeroportu uçuşları 5 saatlıq müddətinə dayandıracaq.

İranda beynəlxalq aeroport uçuşları 5 saatlıq dayandıracaq
İyunun 3-də İranın Tehran şəhərində yerləşən Beynəlxalq Mehrabad Aeroportu uçuşları 5 saatlıq müddətinə dayandıracaq.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu İranın Mehrabad aeroportunun icra direktoru İbrahim Moradi deyib.

Onun sözlərinə görə, İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyninin vəfatının ildönümü ilə əlaqədar yerli vaxtla 08:00-13:00 aralığında Mehrabad hava limanından uçuşların həyata keçirilməsi qadağandır.

Moradi bununla əlaqədar bütün hava yolları şirkətlərinə məlumat verildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni 1989-cu il 3 iyunda vəfat edib.