"İZ Community" Qadınlar Cəmiyyəti Bakıda üç günlük "Sevginin İZi" festivalını keçirəcək
"İZ Community" Qadınlar Cəmiyyəti Bakıda "Sevginin İZi" adlı üç günlük festival keçirəcək.
meqale.com xəbər verir ki, festival Sevgililər günü münasibətilə təşkil olunacaq.
Qeyd edək ki, "İZ Community" Qadınlar Cəmiyyətinin təsisçisi və rəhbəri Rəna Nəcəfzadə-Sadəddinovadır.
"Sevginin İZi" 10, 11 və 14 fevral tarixlərində "Blue Mall" ticarət mərkəzində keçiriləcək. "İZ Community" Qadınlar Cəmiyyətinin əvvəlki festivallarında olduğu kimi, tədbirin qonaqlarını və iştirakçıları dolğun və maraqlı proqram gözləyir.
Yarmarkada əl əməyi olan məhsullar, interyer dekoru, kosmetika, aksesuarlar, geyim, qablar, ərzaq məhsulları, şirniyyat, suvenirlər və s. olmaqla 150 Azərbaycan brendi nümayiş olunacaq.
Tədbir çərçivəsində iştirakçılar gözəl musiqi və rəqs proqramından zövq ala biləcək, müxtəlif master-klasslar və Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçiriləcək, "fudkort" təşkil olunacaq.
"İZ Community" tərəfindən "Blue Mall" ilə birgə təşkil olunan festivalın qonaqları mədəniyyət və incəsənət nümayəndələri, media nümayəndələri, bloqerlər və b. olacaq.
Festivala giriş sərbəstdir.
Tarix: 10-11 fevral saat 12:00-dan 18:00-dək, 14 fevral saat 12:00-dan 20:00-dək.