“KƏPƏZ” rəqs kuboku uğrunda mübarizə!

"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyinin nəzdində olan "Azərbaycan Rəqs Assosasiyası" daha yeni bir layihə həyata keçirməyə hazırlaşır. Onların birgə təşkilatçılığı ilə 28 yanvar 2024-cü il tarixində Gəncə şəhərində "KƏPƏZ" Rəqs Kuboku müsabiqəsi baş tutacaq. Müsabiqə Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək.

“KƏPƏZ” rəqs kuboku uğrunda mübarizə!
"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyinin nəzdində olan "Azərbaycan Rəqs Assosasiyası" daha yeni bir layihə həyata keçirməyə hazırlaşır. Onların birgə təşkilatçılığı ilə 28 yanvar 2024-cü il tarixində Gəncə şəhərində "KƏPƏZ" Rəqs Kuboku müsabiqəsi baş tutacaq. Müsabiqə Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək.

Müsabiqənin 4 illik aradan sonra yenidən həyata keçirilməsi böyük marağa səbəb olub. Müsabiqəyə artıq Bakı şəhəri, Ağstafa, Zaqatala, Lənkəran, Qax, Şəki və digər bölgələrimizin rəqs qruplarının müraciəti artıq təsdiqlənmişdir.

İllərdir, təşkil olunan bu uğurlu layihələrin arxasında duran "Azərbaycan Rəqs Assosasiyası"nın prezidenti Əziz Əzizov müsabiqənin əhəmiyyəti barədə vurğulayır: " Müsabiqənin keçirilməsinin əsas məqsədi müxtəlif müasir və ictimai rəqs növlərində calışan istedadlı kollektivlərin müəyyən edilməsi, Azərbaycanı Dünya və Avropa çempionatlarında təqdim etmək ücün rəqqasların və kollektivlərin seçilməsi, həmçinin rəhbərlər, xoreoqraflar, müəllimlər və rəqqaslar arasında sağlam rəqabət yaratmaq və uşaqların, yeniyetmələrin və gənclərin müasir və ictimai rəqs növləri ilə məşğulluğa cəlb olunmasından ibarətdir".

"Azərbaycan Gənclər İttifaqı"nın gənc sədri Zakir Əliyev Gəncə şəhərinin seçilməsi barədə bildirib ki, məqsəd əhatə dairəsinin genişləndirilməsi və bölgələrdəki rəqs kollektivlərinin də tədbirə cəlb olunmasıdır. O həm də bu cür müsabiqələrin həm rəqqasların inkişafı və təkmilləşməsi üçün vacib olduğunu qeyd edib. Və müsabiqəyə qatılan bütün iştirakçılara müvəffəqiyyət arzulayıb.

Müsabiqə çox maraq göstərilən Folklor etnik, Folklor stilizasiya, Folklor show, Dünya xalqları rəqsi, Hip-hop show, Akrobatik rəqs, Showdance, Bollywood, Belly dance, Klassik Hind rəqsi, Cheer dance, Klassik rəqs növləri üzrə keçiriləcək. İştirakçılar fərqli nominasiyalar və yaş qrupları(körpə(4-6), uşaq 1(7-8), uşaq 2(9-10), yunior 1(11-12), yunior 2(13-14), yunior 3(15-16), böyüklər(17+), qarışıq yaşlar) üzrə yarışacaqlar, onların çıxışları respublika üzrə nüfuzlu rəqqas və xoreoqraflardan ibarət münsiflər heyəti tərəfindən əsasnamədə qeyd olunan meyarlara uyğun olaraq qiymətləndiriləcək.

Ötən yarışmanın qalibləri olan" Buta" rəqs ansamblı, "Alov" rəqs qrupu, "Xəmsə" uşaq rəqs ansamblı, "Gəncə qönçələri" rəqs qrupu, "Ruslan" rəqs qrupu öz birinciliklərini qoruyub saxlamaq uğrunda mübarizə aparacaqlar.

Qeyd etmək lazımdır ki, müsabiqəyə təşkilati dəstəyi "Jam Group" göstərir.

Müsabiqəyə qeydiyyat 25 yanvar tarixinədək davam edəcək.

Əlaqə nömrəsi: +994-50-250-22-93