Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə İTTİHAM EDİB

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə ittiham edib.

Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə  İTTİHAM EDİB
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə ittiham edib.

meqale.com  bu barədə Trend-ə istinadən xəbər verir.

"Çox təəssüf edirəm ki, Sünik bölgəsindən Ermənistan üçün belə faydalı marşrutun açılması hələ də kağız üzərində qalır. Mən bunun səbəbini İrəvanın mövqeyində görürəm. İrəvana kimin məsləhət verdiyini bilmirəm. Görünür, onlar bunu tövsiyə edir. Biz gördük ki, Aİ, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi, dərhal bu proseslərə dəvətsiz sızmağa başladılar və spoyler rolunu oynadılar", - o bu gün keçirdiyi mətbuat konfransında bildirib.