Maksim Medvedev mükafatlandırıldı

Peşəkar futbolçu karyerasını başa vuran Maksim Medvedev AFFA tərəfindən təltif edilib.

Maksim Medvedev mükafatlandırıldı
Peşəkar futbolçu karyerasını başa vuran Maksim Medvedev AFFA tərəfindən təltif edilib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda Azərbaycan - İsveç oyunundan əvvəl mükafatlandırılıb.

Uzun illər Azərbaycan millisinin şərəfini qorumuş Maksim Medvedevə ölkə futbolundakı xidmətlərinə görə xatirə hədiyyəsi verilib. Ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan yığmasının formasını AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov təqdim edib.