Mayk Tayson bu bloqerlə döyüşəcək

Əfsanəvi amerikalı boksçu Mayk Tayson həmyerlisi bloqer Ceyk Paulla döyüşəcək.

Mayk Tayson bu bloqerlə döyüşəcək
Əfsanəvi amerikalı boksçu Mayk Tayson həmyerlisi bloqer Ceyk Paulla döyüşəcək.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Paul bu barədə X səhifəsində məlumat yayıb.

O bildirib ki, döyüş iyulun 20-də baş tutacaq.

Qeyd edək ki, 57 yaşlı Taysonun 50 qələbəsi (44-ü nokautla) və 6 məğlubiyyəti var. İki döyüş etibarsız sayılıb. 27 yaşlı Paul isə 9 qələbə (6 nokaut) qazanıb, 1 dəfə isə məğlub olub.