Məzunlar görüşündə faciə: naməlum şəxs atəş açdı, yaralananlar var
ABŞ-nin Ohayo ştatının İst-Klivlend şəhərində məktəb yaxınlığında atışma zamanı bir neçə nəfər xəsarət alıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat verib.
Bildirilir ki, hadisə İst-Klivlenddəki orta məktəbin yaxınlığında yüzlərlə insanın sinif yoldaşlarının görüşünə toplaşdığı zaman baş verib. Qəflətən naməlum şəxs insanlara atəş açıb.
İlkin məlumatlara görə altı nəfər xəsarət alıb.
Polis şübhəli şəxsi axtarır. Bütün xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.