“Muğam mühazirələri” gecələri başlayır

Beynəlxalq Muğam Mərkəzi tərəfindən həyata keçirilən "Azərbaycan muğamı" adlı yeni layihə çərçivəsində martın 17-dən "Muğam mühazirələri" gecələrinə başlanılacaq. "Muğam mühazirələri" tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun rəhbərliyi ilə gerçəkləşəcək.

Muğam konserti şəklində təqdim olunacaq ədəbi-bədii gecədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı,  muğam musiqisinə təsiri mövzusunda çıxışlar dinləniləcək. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışılacaq, muğam dəsgahları və təsniflər təqdim olunacaq. Konsertə giriş sərbəstdir.