Musa Qurbanlı oynadı?

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" (İsveç) yoxlama oyunu keçirib.

Musa Qurbanlı oynadı?
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" (İsveç) yoxlama oyunu keçirib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, Kanar adalarında təlim-məşq toplanışında olan komanda İsveçin digər yüksək liqa təmsilçisi "Myallbu" ilə qarşılaşıb.

Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Musa fasilədən sonra meydana daxil olub və sona qədər oynayıb.

İsveçdə daxili çempionata ötən ilin noyabr ayında yekun vurulub. "Yurqorden" 4-cü yeri tutub. Yeni mövsümə isə martın 31-də start veriləcək.