Ögey bacısına görə atasını küçədə öldürdü

Türkiyədə oğul atasını öldürüb.

Ögey bacısına görə atasını küçədə öldürdü
Türkiyədə oğul atasını öldürüb.

meqale.com lente istinadən xəbər verir ki, hadisə Manisa şəhərinin Şahzadələr qəsəbəsində baş verib. Mehmet Emin Uzmen atası Ahmet Uzmeni motosikletlə yol kənarına gətirib. Burada onlar arasında mübahisə düşüb və oğul odlu silahla atasının sinəsinə 2 dəfə atəş açaraq, onu öldürüb.

Daha sonra o, həmin silahla polisə gedərək təslim olub. Polisə ifadəsi zamanı atasını 19 yaşlı ögey bacısını istismar etdiyi üçün öldürdüyünü deyib.