“Onların heç biri ipoteka götürə bilmir”
"İpotekanın verilməsi şərtləri yüngülləşməlidir. Dövlət, dövlət başçısı istəyir ki, hər bir vətəndaşı yaxşı yaşasın".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.
"Əfsuslar olsun ki, ipoteka kreditindən daha çox dövlət qulluğunda çalışanlar geniş şəkildə istifadə edə bilirlər. Digər şəxslərin bu ipoteka kreditindən bəhrələnməyi çətindir. Götürək, bənna, zərgər, bərbər, çilingər və s. heç biri ipoteka götürə bilmir. Bunlar vergi ödəyiciləridir.