Ötən il cinayət törədənlərin sayı açıqlandı - 494-ü yetkinlik yaşına çatmayanlardır
Ötən il Azərbaycanda 25006 nəfər cinayət törədib.
meqale.com APA-ya istinadən bildirir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, onlardan 1299-u qadın, 494 nəfəri isə yetkinlik yaşına çatmayan şəxslər olub.